İkinci Vətən müharibəsi şəhidi Məhərrəm Səmədovun ailəsi ziyarət olundu

Mayın 23-də məktəb rəhbərliyi və 9 b sinif şagirdləri məktəbimizin məzunu, 9 b sinfinin adını daşıdığı İkinci Vətən müharibəsi şəhidi Məhərrəm Səmədovun ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu atasından dinlədilər. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Məhərrəm Səmədov 24 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi