3 a və 4 a sinif şagirdləri dibçək güllər əkdilər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən mayın 20-də məktəbin ibtidai sinif müəllimləri Kəmalə Əliyeva, Rəhilə Məlikovanın rəhbərliyi ilə 3 a və 4 a sinif şagirdləri dibçək güllər əkdilər. Layihənin keçiriliməsində məqsəd ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.