VII-IX sinif şagirdləri arasında bilik yarışı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən mayın 19-da məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Quliyevanın rəhbərliyi ilə VII-IX sinif şagirdləri arasında bilik yarışı keçirildi. Yarışın keçiriliməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır. Yarışın nəticələrinə əsasən l yerə-VIII b sinfi, ll yerə-VII c sinfi, lll yerə-IX a sinfi layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi