Milli İncəsənət Muzeyinə ekskursiya
Mayın 18-də “Beynəlxalq muzeylər günü” münasibətilə 7a, 7b, 7c və 8 b sinif şagirdlərinin iştirakı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir. Ekskursiya zamanı şagirdlər Azərbaycan tarixini və incəsənətini, milli sərvətlərini əks etdirən ekspozisiyalarla, yerli və xarici rəssamların rəsmləri ilə tanış olublar. Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.