"Meşələri qoruyaq!" adlı seminar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən mayın 17-də məktəbin biologiya müəllimi Nərgiz Hüseynovanın rəhbərliyi ilə 10 a sinfində "Meşələri qoruyaq!" adlı seminar keçirildi. Nərgiz Hüseynova çıxış edərək qeyd etdi ki, qeyd etdi ki, - Biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Biz meşələrimizi kəsib doğrayanlara qarşı mübarizə aparmalıyıq. Əgər hər kəs meşələrin ağır bir zəhmət bahasına başa gəldiyini bilsə, onda insafsızlığa yol verməz. Biz o vaxt sağlam olarıq ki, meşələrimiz, yaşıllıqlarımız çox olsun. Gəlin, ana təbiətin bizə bəxş etdiyi əvəzsiz varlığı – meşələri qoruyaq!