“Məktəbli bostanı” salındı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planına əsasən mayın 17-də məktəbin həyətyanı sahəsində şagirdlər tərəfindən bostan bitkiləri əkildi və “Məktəbli bostanı” salındı. Qeyd edək ki, məktəbin həyətyanı sahəsi siniflər arasında bölünmüş və hər sinfin öz sahəsində müxtəlif bitkilərin əkilməsi nəzərdə tutulmuşdur.