Vətən müharibəsi şəhidi Kamran Quluzadənin ailəsinə ziyarət

Mayın 17-də 6 b sinif şagirdləri Vətən müharibəsi şəhidi Kamran Quluzadənin ailəsini ziyarət etdi. Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu atasından dinlədilər. Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı Kamran Quluzadə 21 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə ", "Xocavəndin azad olunmasına" görə medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi