"Dendra" parka ekskursiya
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı işlənib, hazırlanmışdır.Tədbirlər planında şagirdlərin ekskursiyalarının təşkil edilməsi də nəzərdə tutulmuşdur. Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Həsənzadənin rəhbərliyi ilə VI siniflər şagirdlərinin "Dendra" parka ekskursiyası təşkil olunmuşdur. Mərdəkan qəsəbəsində yerləşən dendrari 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Dendrarinin ümumi sahəsi 24 hektar təşkil edir. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir. Burada həm Azərbaycandan, həm də dünyanın digər bir çox yerindən təxminən 1800 növ, o cümlədən 1540 bitki forması və növü təmsil olunub. Burada müxtəlif ağaclarla, güllərlə tanış olmuşlar. Ekskursiyadan şagirdlər çox razı qalmışlar.