"Şuşa ili"nə həsr olunmuş bilik yarışı

Məktəbin fəaliyyət planına əsasən coğrafiya müəllimi Nailə Məcidovanın təşkilatçılığı ilə VI siniflər arasında "Şuşa ili"nə həsr olunmuş bilik yarışı keçirildi. Yarışın keçirilməsinin əsas məqsədi məktəblilərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və digər bacarıqlarının üzə çıxarılmasından ibarət idi. Yarışmanın sonunda 6 b sinfinin “Şuşa” komandası 24 xal toplayaraq qalib gəldi. Qalib komandanın üzvlərinə məktəb rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi