7 b sinif şagirdlərinin Bakı Zooloji Parkına ekskursiyası
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı işlənib, hazırlanmışdır.Tədbirlər planında şagirdlərin ekskursiyalarının təşkil edilməsi də nəzərdə tutulmuşdur. Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşdırılması məqsədilə 7 b sinif şagirdlərinin Bakı Zooloji Parkına ekskursiyası təşkil olunmuşdur. Şagirdlər parkda zooloji sərgilər və ekspozisiyalar ilə tanış olmaqla yanaşı heyvanlar aləmini seyr etmişlər.