Vətən müharibəsi şəhidi Raul Piriyevin ailəsinə ziyarət

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi daim əziz tutulur. Məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər şəhid ailələri və qazilərimizi daim diqqətdə saxlayır, mütəmadi olaraq onların qayğıları ilə maraqlanırlar. Mayın 12-də məktəb rəhbərliyi və 6 a sinif şagirdləri Vətən müharibəsi şəhidi Raul Piriyevin ailəsini ziyarət etdi.Şagirdlər şəhidin qısa zamanda keçdiyi həyat yolunu anasından dinlədilər. Sonra şəhidin anası, məktəb rəhbərliyi və şagirdlər tərəfindən Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Raul Piriyevin məzarı ziyarət olundu. Qeyd edək ki, Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri Raul Piriyev 15 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə " medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi