"Şuşa ili" ilə əlaqədar olaraq, məktəbin ingilis, fransız və rus dili müəllimlərinin rəhbərliyi ilə məktəbdə tədbir

"Şuşa ili" ilə əlaqədar olaraq, məktəbin ingilis, fransız və rus dili müəllimlərinin rəhbərliyi ilə məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, qeyd etdi ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb. Bu, böyük xoşbəxtlikdir ki, Şuşa öz mədəniyyətinə qovuşub. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Daha sonra tədbir şagirdlərin ingilis, fransız və rus dillərində hazırladıqları çıxış və səhnəciklərlə davam etdi. Şagirdlər ingilis, fransız və rus dillərində çıxış edərək, Şuşanın tarixi, mədəniyyəti, təbiəti haqqında məlumat verdilər. Bütün dillərdə şagirdlər "Qarabağ Azərbaycandır!" deyərək çıxışlar etdilər. Sonda tədbirdə fəallıq göstərən şagirdlər diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi