Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Əliyev Tahirin evinə ziyarət

Mayın 11-də məktəb rəhbərliyi və (5 "A") sinif şagirdləri Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Əliyev Tahirin evini ziyarət etdilər. Şagirdlər ev muzeyi ilə tanış olmaqla yanaşı şəhidin qısa zamanda keçdiyi həyat yolunu anası və atasından dinlədilər. Şagirdlərə Əliyev Tahirin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edildi. Görüşdə şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Həmçinin məktəb rəhbərliyi və şagirdlər tərəfindən Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Əliyev Tahirin məzarı ziyarət olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi