Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir

Mayın 10-da məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü qeyd olundu. Eyni zamanda, şagirdlərin əl işlərindən ibarət sərgi hazırlandı. Tədbirdə ilk öncə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs olundu və Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıldı. Şagirdlər Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə qazandığı yüksək nailiyyətləri də qeyd olundu. Sonda tədbir şagirdlərin hazırladıqları rəqs və səhnəciklər ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi