"Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı mühazirə

Ümummilli Lider Heydər Əliyevin 99 illik yubileyi ilə əlaqədar məktəbdə silsilə tədbirlər davam edir. Tədbirlərin davamı olaraq İstiqlal  Muzeyinin əməkdaşı Çinarə Salayeva tərəfindən Heydər Əliyevin siyasi irsinin öyrədilməsi və təbliği məqsədi ilə "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı mühazirə keçirildi. İlk olaraq keçirilən mühazirə zamanı şagirdlərə Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında geniş məlumat verilmiş, Onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilmişdir. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə dair məktəblilərə suallar ünvanlanıb, onlarla birlikdə fikir mübadiləsi aparılmışdır. Şagirdlər diskussiya zamanı fəallıq nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi