"İrəvan Müəllimlər Seminariyasının milli təhsilimizdə rolu və yeri" adlı seminar

    Aprelin 27-də məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın rəhbərliyi və 8 a sinif şagirdlərinin iştirakı ilə "İrəvan Müəllimlər Seminariyasının milli təhsilimizdə rolu və yeri" adlı seminar keçirildi. Tədbirdə çıxış edən Bəsti Cəbrayılova İrəvan Müəllimlər Seminariyasının təhsil, pedaqoji fikir, maarifçilik, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən biri olduğunu vurğulayıb, təhsil tarixinin bu şərəfli səhifəsinin daha ətraflı öyrənilməsinin vacibliyindən bəhs etdi. Seminarda İrəvan Müəllimlər Seminariyasına həsr olunan video çarx nümayiş olundu. Əldə olunan məlumatlar barədə şagirdlər ilə birgə disput aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi