Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair Zahid Xəlil ilə görüş

"Oxu günü" münasibətilə aprelin 22-də Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair Zahid Xəlillə görüş keçirildi. Dövlət himni səsləndirildikdən sonra tədbiri açan məktəbin direktoru Səbahət Ağayeva uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair Zahid Xəlilin şagirdlərin görüşünə gəlməsindən çox məmnun olduğunu bildirdi. Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında məlumat verən direktor qeyd etdi ki, şair əsərlərində şəkillilik və portretlikdən ustalıqla istifadə edərək orijinal uşaq şeirlərini yaratmağa nail olmuşdur. O, Zahid Xəlilin müasir uşaq ədəbiyyatının formalaşmasında xüsusi rolu olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Zahid Xəlilin bütün əsərləri özünün rəngarəngliyi ilə güclü bir şairin təxəyyülünün, fantaziyasının məhsuludur və bu əsərlərdə xeyir qüvvələr şərə qarşı qoyulur. Direktor sonra müəllim və şagirdlərin dəvətini qəbul edib onların görüşünə gəldiyi üçün kollektiv adından yazara minnətdarlığını bildirdi. Ədəbi-bədii gecədə balacaların vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə edilməsində Zahid Xəlil yaradıcılığının əhəmiyyətindən söz açılıb, onun duzlu-məzəli nağıllar aləminə səyahət edildi. Şagirdlər Zahid Xəlilin uşaqlara həsr etdiyi şeirləri söyləyib, mahnı oxuyub və ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi