“Ailəm və məktəbim” layihəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli 18.04.2022-ci il tarixli əmrinə uyğun olaraq, “Ailəm və məktəbim” adlı layihənin tədbirlər planı işlənib hazırlanmışdır. Plana əsasən məktəbdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlər planına əsasən məktəbin valideynləri dərslərdə iştirak edərək, şagirdlərə bədii ədəbiyyatdan nümunələr səsləndirirlər. Bu gün valideynlər 2 B və 4 B siniflərində iştirak ediblər.