Vətən müharibəsi şəhidi Tağıyev Kamranın ev muzeyinə ziyarət

Məktəbimizdə müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. Aprelin 20-də məktəb rəhbərliyi və (7 "B") sinif şagirdləri Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Tağıyev Kamranın ev muzeyini ziyarət etdilər. Şagirdlər ev muzeyi ilə tanış olmaqla yanaşı şəhidin qısa zamanda keçdiyi həyat yolunu anasından dinlədilər. Şagirdlərə Tağıyev Kamranı keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edildi. Məktəbin direktoru Səbahət Ağayeva görüş zamanı Tağıyev Kamranın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd edib ki, Kamran az yaşasa da canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi