Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavadın ev muzeyinə ziyarət

    Aprelin 18-də məktəb rəhbərliyi və (3 "B") sinif şagirdləri Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavadın ev muzeyini ziyarət etdilər. Şagirdlər ev muzeyi ilə tanış olmaqla yanaşı şəhidin qısa zamanda keçdiyi həyat yolunu anasından dinlədilər. Görüş zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, öz qəhrəman oğullarını bir daha xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda gedən haqq savaşında şəhid və ya qazi oldular. Zəfərlə nəticələnən bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bizi birliyimizi qalibiyyətə apardı və bu gündə biz bu birliyi nümayiş etdirərək böyüməkdə olan nəslə qəhrəmanlarımızı tanıdırıq. Unutmayaq ki, Unudulmayaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi