“Narkomaniyaya yox deyək!”
Aprelin 15-də Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və 209 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı məktəbin akt zalında “Narkomaniyaya yox deyək!” adlı mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar şöbəsinin müdiri Ədalət Teymurov, həmin şöbənin müavini Ceyhun Abbasov, Sabunçu rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Sədi İsmayılov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işik təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Sabunçu rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Elton Məmmədov, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəis müavini polis-mayoru Sahil Quliyev, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin Həkim Narkoloqu Turan Əhmədov, Sahibsiz Uşaqlarla Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova və həmin birliyin “Narkomaniyaya yox deyək!” layihəsinin təşkilatçısı Vəfa Salehova, məktəbin şagird, müəllim kollektivi və valideynlər iştirak edirdilər. Tədbiri məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Tədbir şagirdlərin hazırladıqları bədii-kompazisiya ilə davam etdi. Daha sonra tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar şöbəsinin müdiri Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi. Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işik təşkili bölməsinin rəisi polis kapitanı Ata Atayev, Azərbaycan Respublikasının Narkoloji Mərkəzinin Həkim Narkoloqu Turan Əhmədov, Sahibsiz Uşaqlarla Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.