"Yol hərəkəti qaydaları"na həsr olunmuş tədbir
Aprelin 12-də məktəbin ibtidai sinif müəllimi Türkan Qurbanovanın rəhbərliyi ilə 2 a sinif şagirdləri "Yol hərəkəti qaydaları"na həsr olunmuş tədbir keçirdi. Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, mövzu ilə bağlı videoçarxlar izlənildi. Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etdi. Tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdir.