Məktəb rəhbərliyi, IX və X sinif şagirdləri tərəfindən həyata keçirilən "Erkən nigah hallarının qarşısının alınması ilə əlaqədar olan təhsildən yayınan şagirdlərlə tədqiqat işi sonlandı
Fevral-mart aylarında məktəb rəhbərliyi, lX və X sinif şagirdləri tərəfindən həyata keçirilən "Erkən nigah hallarının qarşısının alınması ilə əlaqədar olan təhsildən yayınan şagirdlərlə tədqiqat işi sonlandı . Bu istiqamətdə təhsildən yayınan, sosial təhlükədə və risk qrupuna daxil olan şagirdlər və onların valideynləri ilə fərdi profilaktik iş aparılmışdır. Təhsildən yayınan şagirdlərin valideynləri ilə dəfələrlə fərdi söhbətlər aparılmış, valideyn iclasları keçirilmiş, evlərə gedilmiş və yerli idarəetmə orqanlarına müraciət olunmuşdur. Aparılan işin nəticəsində təhsildən yayınan 22 şagirddən 18 şagird təhsilə cəlb edilmişdir. Belə tədqiqat işinin keçirilməsində əsas məqsəd uşaqları təhsildən yayındırmağa sövq edən halları aradan qaldırılmaq və onları təhsilə cəlb etməkdir.