"Qızıl payıza" həsr olunmuş tədbir keçirildi

II a sinif müəlliməsi Əliyeva Kəmalə payıza həsr olunmuş “Qızıl payız” adlı tədbir keçirdi. Tədbirdə məktəbin direktoru A.Mahmudova giriş sözü ilə çıxış edərək, şagirdləri salamlayıb. Bildirib ki, hər fəslin özünəməxsus gözəlliyi var. Lakin payız fəsli Bakı şəhərində öz gözəlliyi ilə daha da seçilir. Tədbirdə şagirdlərin ifasında payız fəsili haqqında şer, mahnı, rəqs və səhnəciklərdən ibarət nömrələr nümayiş olundu. Tədbir zamanı məktəbimizdə keçirilən “Ən yaxşı yazı nümunəsi” və payıza həsr olunmuş “Ən yaxşı sinif guşəsi” müsabiqəsinin qalibləri də direktor tərəfindən fəxri fərmanla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi