“Qələbəyə aparan yol"

Məktəbdə şagirdlərə hərbi vətən pətvərlik tərbiyəsinin aşılanması məqsədi ilə “Qələbəyə aparan yol" mövzusunda məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Quliyeva və tarix müəllimi Aytac Heydərovanın rəhbərliyi ilə  tədbir keçirildi. Tədbir 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göstərdikləri qəhrəmanlıqlara həsr olunmuşdur. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirdi ki, şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış, Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirən Aprel döyüşlərindəki bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. Tədbirdə məktəbin şagirdləri təəfindən həmin döyüş səhnələrini əks etdirən çıxışlar, vətənpərvəlik ruhlu şeirlər səsləndirildi. Aprel döyüşlərinə aid video görüntülər nümayiş etdirildi, həmin dövrdə ölkə prezidenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsinin qələbəyə aparan yolun başlanğıcı olduğu fikri bir daha vurğulandı. Aprel döyüşləri zamanı Milli ordumuzun şəhid olan əsgər və zabitlərinin hər birinin foto şəkilləri nümayiş etdirildi və onların əziz xatirəsi hörmətlə yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi