Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Novruzov Rəşadın ad gününə həsr olunmuş tədbir
Aprelin 2-də 128 nömrəli tam orta məktəbdə Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Novruzov Rəşadın ad gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva da iştirak edirdi. Məktəbin direktoru Səbahət Ağayeva tədbirdə çıxış edərək, hər bir Azərbaycan vətəndaşı vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur deyib.