31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa”
Martın 31 -də məktəbin tarix müəllimi Aytac Heydərovanın rəhbərliyi ilə məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Məktəbin tarix müəllimi Aytac Heydərova bildirdi ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir. Qeyd olunmuşdur ki, bu həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.