Vətən müharibəsinin şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ad günü ilə əlaqədar olaraq, şəhidin evi və məzarı ziyarət olundu
Məktəb rəhbərliyi, müəllim və şagird heyəti daim şəhidlərimizi yad edir və onların ailələrini ziyarət etməkdə davam edirlər. 44 günlük Vətən müharibəsində şücaətlə döyüşən, torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əvəzsiz rolu olan qəhrəmanlardan biri də məktəbimizim məzunu Səmədov Məhərrəm Elxan oğludur. Martın 27-də Vətən müharibəsinin şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ad günü ilə əlaqədar olaraq, şəhidin evi və məzarı məktəb rəhbərliyi, müəllim heyəti və bir qrup şagird tərəfindən ziyarət olundu. Zİyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Daha sonra məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, hər bir Azərbaycan vətəndaşı vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur dedi. Nəzərinizə çatdıraq ki, Səmədov Məhərrəm 24 oktyabr 2020-ci il tarixində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.