“Novruz bayramı”

    Martın 18-də məktəbdə “Novruz bayramı” ilə bağlı geniş tədbir keçirildi. Tədbirdə Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidlərinin valideynləri, ailə üzvləri, məktəbin müəllim şagirdləri iştirak edirdilər. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, Novruz bayramı münasibətilə qonaqaları təbrik edib və bayramı qalibiyyət ruhunda qeyd etməyimizdən məmnunluğunu bildirib. O deyib ki, tarixi Zəfərimiz 30 ilin işğalına, soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, bu ərazilərimizə əbədi bahar gətirib. Birinci və İkinci Qarabağ müharibəsində canından keçən Vətən oğullarına Allahdan rəhmət diləyib, belə qəhrəmanları böyüdən bütün anaların qarşısında baş əydiyini, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını qeyd edib. Daha sonra şagirdlərin iştirakı ilə Novruz adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Bayram şənliyində “Arşın mal alan” və “Qaynana” filmlərindən səhnəciklər nümayiş olunub, şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları tədbirə xüsusi rəngarənglik, şən əhval-ruhiyyə qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi