“Ekologiya və sağlamlıq”
Martın 17-də məktəbin 7 c sinfində “Ekologiya və sağlamlıq” mövzusunda tədbir keçirildi. Tədbirin təşkilatçısı olan fizika müəllimi Aqiyə Məmmədova mövzunun aktuallığını əks etdirən ətraflı məruzə ilə çıxış etdi. Fənn müəllimi çıxışında insan və ekologiya amillərinin bir-biri ilə sıx bağlılığı, ətraf mühitin insan sağlamlığına müsbət və mənfi təsiri haqqında geniş məlumatlar verdi. O, respublikamızda ekoloji sağlamlığın təmini və gələcək nəsillərə ötürülməsi məqsədilə müvafiq addımların atıldığını, ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini xüsusi qeyd etdi. Tədbirdə mövzuya həsr olunan maarifləndirici videoçarx və səhnəciklər nümayiş olundu.