Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavadın ailəsi məktəb rəhbərliyi tərəfindən ziyarət olundu
Novruz bayramı ilə əlaqədar olaraq, Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavadın ailəsi məktəb rəhbərliyi tərəfindən ziyarət olundu. Ziyarət zamanı şəhidimiz Mütəllimzadə Ağacavadın döyüş yolundan geniş bəhs edilib, onun torpaq, Vətən sevgisinin tarixi Zəfərimizdə əsas amil olduğu vurğulanıb və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, dövlətimizin bu ailələrə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Məktəbin direktoru Səbahət Ağayeva qeyd edib ki, şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə, eləcə də qazilərimizə qayğı ilə yanaşmaq həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifələrimizdəndir. Və bu hər zaman belə olacaqdır.