V-VI-X siniflər üzrə valideyn iclası

Martın 16-da məktəbdə V-VI-X siniflər üzrə valideyn iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva valideynləri salamladı və öz minnətdarlığını bildirdi. İlk öncə məktəbdəki təhsilin vəziyyəti, şagirdlərin dərsə davamiyyəti barədə söhbət apardı. V-VI-VIII siniflərdə davamiyyətin maksimum təmin olunması üçün valideynləri xəbərdar etdi. İclasda valideyn-məktəb münasibətlərindən, şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarətindən danışıldı. İclas çərçivəsində valideynləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi