Nümunəvi dərs
Martın 16-da məktəbin 4 b sinifində ibtidai sinif müəllimi Ulduza Qasımova nümunəvi dərs keçirdi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlər dərs zamanı bu mövzunu dərindən mənimsəmişdir. Açıq dərsdə məktəb rəhbərliyi iştirak edirdi. Dərsdə əyani vəsaitlərdən, təqdimatdan istifadə olunmuşdur. Müəllimin proqramı, icmalı və jurnalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır.