“Bahar çələngi” layihəsinin icrası ilə əlaqədar olaraq, 3 b sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya

"Bahar çələngi" layihəsinin icrası ilə bağlı tədbirlər davam edir. Bu gün layihə çərçivəsində məktəbin 3 b sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verdi. Şagirdlər Novruzun gəlişini tərənnüm edən şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər etdilər. Tədbirə qatılan kosa ilə keçəl şagirdlərin sevincinə səbəb olub, tədbiri daha yadda qalan etdi.

#Baharçələngi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi