13 nömrəli Bakı Peşə Məktəbində ekskursiya
Martın 11-də peşəyönümlü xidmətin təşkili üzrə fəaliyyət planına əsasən məktəbin bir qrup IX sinif şagirdləri Maştağa qəsəbəsində yerləşən mədəniyyət və sənətkarlıq üzrə 13 nömrəli Bakı Peşə Məktəbində ekskursiyada olublar. Ekskursiyanın məqsədi insan həyatında düzgün peşə seçiminin əhəmiyyəti haqqında şagirdlərdə təsəvvür yaratmaq və onlarda müxtəlif növ peşələrə maraq oyatmaqdan ibarətdir. Şagirdlər emalatxanada, səsyazma otağında, bərbər, zərgər, videoçəkiliş üzrə otaqlarda dərslər ilə tanış olublar.