“Hərəmiz bir ağac əkək!” ağacəkmə aksiyası

“Bahar çələngi” layihəsinin icrası ilə əlaqədar olaraq, məktəbdə “Hərəmiz bir ağac əkək!” devizi altında ağacəkmə aksiyası keçirildi. Aksiyada məktəbin 11-ci sinif şagirdləri iştirak edirdilər. Həmçinin ağacəkmə aksiyasında məktəbimizin ibtidai sinif şagirdləri də iştirak etmişdir. Aksiyanın keçirilməsində məqsəd, məktəb həyətinin yaşıllaşmasına və yeni ağaclar əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bu cür aksiyalar məktəbdə mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi