“Bahar çələngi” layihəsinin icrası ilə əlaqədar olaraq, bilik yarışı keçirildi.

    “Bahar çələngi” layihəsinin icrası ilə əlaqədar olaraq, məktəbin tarix müəllimi Aytac Heydərova  tərəfindən 8 a və 8 b sinifləri arasında bilik yarışı keçirildi. Yarışın nəticələrinə görə 8 a sinfinin "Buta" komandası qalib gəldi. Qalib gələn komandaya məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq. Layihənin əsas məqsədi şagirdləri mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi