Nümunəvi dərs
Martın 10-da məktəbin 9 b sinifində ingilis dili müəllimi İbrahimova Aysel nümunəvi dərs keçirdi. Dərsdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlər dərs zamanı bu mövzunu dərindən mənimsəmişdir. Açıq dərsdə məktəb rəhbərliyi iştirak edirdi. Dərsdə əyani vəsaitlərdən, təqdimatdan istifadə olunmuşdur. Müəllimin proqramı, icmalı və jurnalı yoxlanılmış, bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparılmışdır.