"8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə məktəbin istedadlı şagirdlərindən ibarət "Mənim anam" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, məktəb müəllimləri, 44 günlük Vətən müharibəsində canlarından keçmiş Maştağa qəsəbəsinin şəhid və qazi anaları  iştirak etdilər. Məktəbin direktoru Səbahət Ağayeva məktəbin xanım kollektivini və tədbirdə iştirak edən anaları səmimi qəlbdən təbrik etdi. Xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarına təşəkkür edib, 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb. Bildirib ki, Vətən müharibəsindəki tarixi Qələbəmiz xalqımızın həmrəyliyi, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsi, Azərbaycan oğullarının vətənpərvərliyi, Ordumuzun gücü sayəsində qazanılıb. Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar!  Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızı, Azərbaycanın şəhid analarını unutmamalıyıq!  Daha sonra tədbirdə şəhid ailələri və şəhid məzarlarının görüntülərini özündə əks etdirən vətənpərvər ruhda hazırlanmış videoçarx nümayiş etdirilib. Tədbir şagirdlərimizin bir-birindən maraqlı çıxışları ilə davam edib.  Tədbirimizin qonağı olan Gülnar  xanımın ifasında Xudayar təsnifi və  muğam səsləndi. Tədbirdə şəhid anaları çıxış edərək, övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi