5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar qol güləşi yarışı

Martın 4-də "5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə IX-XI sinif şagirdləri arasında həftənin son tədbiri qol güləşi yarışı keçirildi. Yarışın nəticələrinə görə qızlar arasında I yerə- 9 b sinif şagirdi Əliyeva Fidan, oğlanlar arasında isə 10 a sinif şagirdi Saidov Heydərəli layiq görüldü. Tədbirin sonunda isə məktəbin direktoru Səbahət Ağayeva həftə ərzində idman yarışında qalib gələn şagirdləri təbrik edərək, onları diplomla təltif etdi.