5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar sürətli qaçış yarışı
"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə V və XI sinif şagirdləri arasında "Ən sürətli şagird" qaçış yarışı keçirildi. Yarış məktəbin V-IX sinif şagirdləri arasında təşkil olundu. Yarışın nəticələrinə görə qızlar arasında I yerə 7 b sinif şagirdi Salayeva Həqiqət, oğlanlar arasında isə 10 a sinif şagirdi Məmmədov İsmayıl layiq görüldü. Yarışda qalib gələn şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq.