"1 mart Ümumdünya Mülki müdafiə günü"

    1 Mart tarixində məktəbdə "1 mart Ümumdünya Mülki müdafiə günü" qeyd edildi. Məktəb üzrə Mülki Müdafiə qərargah rəisi tərəfindən Mülki Müdafiə haqqında sərgi təşkil olundu. Siniflərdə "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparıldı. Kiçik siniflərə Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə dolğun məlumat verilərək, əleyhəqazlarla tanış edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi