“5 mart - Bədən Tərbiyəsi və İdman Günü”
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyev tərəfindən tədbir keçirildi. Tədbirdə çıxış edən şagirdlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nün əhəmiyyətindən danışdılar. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman oyunları vasitəsilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq idman oyunlarının inkişafına dəstək verməkdir.