Xocalı faciəsinin otuzuncu il dönümünə həsr edilmiş tədbir

    Fevralın 25-də məktəbdə Xocalı faciəsinin otuzuncu il dönümünə həsr edilmiş tədbir keçirildi. Öncə Şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocalı faciəsinin baş verdiyi tarixi şərait, onun fəsadları, erməni quldurlarının qəddarlığı barədə geniş məlumat verildi. Bu faciəli, ağrılı-acılı tarixin şagirdlərə daha dərindən aşılanması üçün soyqırımla bağlı videoçarx nümayiş olunmuş, həmçinin şagirdlərin ifasında şerlər və mahnılar səsləndirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Səbahət Ağayeva vurğuladı ki, bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir və Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur, unutmayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi