Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş xüsusi dərs

25 fevral 2022-ci il tarixində məktəbdə məktəbin tarix müəllimi Heydərova Aytacın rəhbərliyi ilə 9 b sinfində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş xüsusi dərs keçirildi. Dərsdə məktəbin tarix müəllimi Heydərova Aytac çıxış edərək,  Xocalı soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verdi. Tədbirdə çıxış edən şagirdlər Xocalı faciəsinin baş verdiyi tarixi şərait, onun fəsadları, erməni quldurlarının qəddarlığı, Sovet ordusunun ermənilərə yardımı və dünya birliyinin bu faciəyə biganəliyi haqqında geniş söz açdılar. Məktəbin direktoru Səbahət Ağayeva  çıxış edərək, Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 29-cu ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsi ilə anılacağını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi