"Silinməz yaddaşımız Xocalı"

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-63 nömrəli “Xocalı soyqırımının otuzuncu ildönümü” əmrini əsas tutaraq, məktəbdə tədbirlər planı işlənib, hazırlanmışdır. Tədbirlər planına əsasən “Xocalı soyqırımının otuzuncu ildonümü ilə əlaqədar 209 nömrəli tam orta məktəb və 229 nömrəli tam orta məktəb arasında  "Silinməz yaddaşımız Xocalı" adlı onlayn əməkdaşlıq görüşü keçirildi. Tədbirdə ilk öncə Xocalı şəhərində törədilən soyqırımın 30-cu ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsi yad edildi. Tədbir hər iki məktəbin şagirdlərinin çıxışları ilə davam etdi. Tədbirdə çıxış edən 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli hadisələrdən biri və Ermənistanın 200 ildən bəri həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirdi. Vurğuladı ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Sonda hər iki məktəb arasında əməkdaşlıq görüşlərinin davam edəcəyi şagirdlərin nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi