18 oktyabr Müstəqillik gününə həsr olunmuş dəyirmi masa

18.10.2016-cı il tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü”nə həsr olunmuş X və XI siniflərin iştirak etdiyi dəyirmi masa keçirildi. Məktəbin direktoru A.Mahmudova 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq, Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirib: Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyi, vətəndaş müharibəsinin baş verdiyi və bunun məntiqi nəticəsi kimi müstəqilliyimiz böyük sual altında idi. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malik idi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımız Ümummilli lider Heydər Əliyevə üz tutdu. Xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu öndəri ölkənin Prezidenti seçdi və bununla da xoş, firavan günlərin təməli qoyuldu. Dəyirmi masa ətrafında aparılan müzakirələr X və XI sinif şagirdlərinin çıxışları ilə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi