Ana dili və ədəbiyyat aylığına həsr olunmuş şeir müsabiqəsi
Fevralın 23-də məktəbdə Ana dili və ədəbiyyat aylığı çərçivəsində Tədbirlər Planına uyğun olaraq, V-XI sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Şagirdlər müsabiqədə ana dilinə həsr olunmuş şeirlər söylədilər. Müsabiqədə şairlərin müxtəlif şeirləri səsləndi, ən gözəl şeir deyən şagirdlər münsiflər heyəti tərəfindən I, II, III yerlərə layiq görüldülər.