İstiqlal Muzeyi əməkdaşlarının şagirdlər ilə görüşü
Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq, İstiqlal Muzeyi əməkdaşlarının şagirdlər ilə görüşü keçirildi. İstiqlal Muzeyinin əməkdaşları çıxış edərək, Xocalı soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən olduğunu bildirdilər. Qeyd etdilər ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu. Bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, yandırılıb və girov götürülərək ağır işgəncələrə məruz qalıb. Xalqımız bu soyqırım aktını heç vaxt unutmayacaq.