Pedaqoji Şuranın növbəti iclası

Fevralın 18-də məktəb rəhbərliyinin iştirakı ilə I yarımilin yekunu, II yarımildə qarşıda duran məsələlər ilə bağlı, Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şura iclası, məktəbin direktoru Səbahət Ağayevanın ç̧ıxışı ilə başladı. O pedaqoji heyəti salamlayıb və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda, buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edildi. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na uyğun olaraq şagirdlərin məktəbdaxili qiymətləndirməyə cəlb olunması məsələləri ilə bağlı hesabatlar dinlənildi. Sinif rəhbərlərinin hesabatları və müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olundu. Sonda məktəbin direktoru Səbahət Ağayeva işinin öhdəsindən məsuliyyətlə və peşəkarcasına gələn müəllimlərə təşəkkürünü bildirdi.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi